Bakıda Zəfər Günü münasibəti ilə konsert proqramı və atəşfəşanlıq olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
8 Noyabr - Zəfər Günü münasibəti ilə Bakıda təşkil ediləcək konsert proqramı və atəşfəşanlıq üçün hazırlıq işləri aparılır.
BAKU.WS "Report"-a istinadən xəbər verir ki, bununla bağlı Dənizkənarı Milli Parkda hazırlıq işlərinə başlanılıb.
Dənizkənarı Milli Parkda yerləşən Saat qülləsinin yanında səhnə quraşdırılır, son tamamlama işləri aparılır.
Qeyd edək ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.
Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin - Zəfər Gününün hər il noyabrın 8-də qeyd edilməsi ilə bağlı qərar verilib, həmin gün qeyri-iş günüdür.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər v...