Bakıda TDT-yə üzv dövlətlərin beyin mərkəzlərinin konfransı keçirilir
29
sen
2025
09:32
Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin beyin mərkəzlərinin konfransı keçirilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, "Qlobal qeyri-müəyyənlik dövründə Türk Dövlətləri Təşkilatı regional aktor kimi" mövzusuna həsr olunmuş konfransda iştirakçı ölkələrin nümayəndələri çağdaş beynəlxalq münasibətlər sistemində Türk Dövlətləri Təşkilatının rolu, qarşılaşdığı strateji çağırışlar və üzv dövlətlər üçün ortaya çıxan yeni əməkdaşlıq imkanlarını müzakirə edəcəklər.
Konfrans çərçivəsində üç panel müzakirənin olacağı gözlənilir.
Oxşar xəbərlər
"Azərbaycan alüminiumu" ASC ləğv edilir
"Azərbaycan alüminiumu" Açıq Səhmdar Cəmiyyəti ləğv edilir. BAKU.WS xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında dağ-mədən (metal fi...