Bakıda TDT-nin Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilir
Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, iclasda Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov, TDT Baş katibinin müavini Ömer Kocaman və digər rəsmilər iştirak edir.
Tədbir çərçivəsində TDT-nin müvafiq sahə üzrə 2025-ci il üçün Fəaliyyət Planının icra vəziyyətinin müzakirəsi və 2026-cı il üçün uyğunlaşdırılaraq yenilənməsi gözlənilir.
Həmçinin TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısının yekun sənədi olan Kommünike layihəsi ətrafında fikir mübadiləsinin aparılması, növbəti toplantının keçirilmə yeri və tarixlərinə dair təkliflərin müzakirəsi planlaşdırılır.
Oxşar xəbərlər
XIII Qlobal Bakı Forumu bu tarixdə keçiriləcək
XIII Qlobal Bakı Forumu cari il martın 12-14-də keçiriləcək. BAKU.WS bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə istinadən xəbər verir. Məlumata görə, tədbird...