Bakıda Qarabağ separatçılarının işi ilə bağlı təfərrüatlar açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Baş prokuroru Kamran Əliyev Qarabağ separatçıları barəsində başlanmış cinayət işinin təfərrüatlarından danışıb.
BAKU.WS xəbər verir ki, bu barədə o, "News.ru" informasiya portalına bildirib.
K.Əliyev xatırladıb ki, istintaq yekunlaşıb və materiallar yaxın vaxtlarda məhkəməyə təqdim olunacaq.
"Həm təqsirləndirilən şəxslər, həm də zərərçəkmişlərlə bağlı cinayət işi materialları ilə tanışlıq prosesi gedir - bilirsiniz ki, bu cinayət işində zərərçəkənlər çoxdur. Bütün istintaq-əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş beynəlxalq normalara və Azərbaycanın cinayət qanunvericiliyinə uyğun olaraq, mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndəriləcək", - Baş prokuror bildirib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...