COP29 tədbirinin rəsmi açılış mərasimi keçirilib

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) rəsmi açılış mərasimi keçirilib.
Oxu.Az bildirir ki, mərasimi COP28 sədri, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabiri açıb.
Sonra COP29-un seçilmiş sədri Muxtar Babayev, ardınca BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil çıxış ediblər.
***12:05
"İqlim dəyişmələrinin qarşısının alınması səylərini sürətləndirmək üçün beynəlxalq karbon bazarlarının fəaliyyətə başlaması zəruridir".
Oxu.Az bildirir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) açılışında bildirib.
"Məhz burada, Bakıda, Paris Sazişinin 6-cı maddəsinə dair razılaşmanı tamamlamaqla beynəlxalq karbon bazarlarının fəaliyyətinə başlamalıyıq", - S.Stil vurğulayıb.
***11:29
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasının (COP29) açılış mərasimi başlayıb.
Tədbiri giriş sözü ilə COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir açıb.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanının kralı və vəliəhdi Azərbaycana dəvət ediliblər
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud və vəliəhd, Nazirlər Şurasının sədri Məhəmməd bin Salman əl-Səud 2026-cı ildə...