Bakıda Azərbaycan və Sloveniyanın xarici işlər nazirləri müavinlərinin görüşü olacaq
Sloveniyanın Xarici İşlər və Avropa Məsələləri Nazirliyi üzrə Dövlət Katibi (nazir müavini statusunda – red.) Marko Ştuçinin Bakıda Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayevlə görüşü olacaq.
Bu barədə məlumatı "Report"un Ankara bürosuna Sloveniyanın Azərbaycandakı qeyri-rezident səfiri (iqamətgahı Ankarada yerləşir) Qorazd Rençel verib.
Səfir deyib ki, görüşlə əlaqədar Marko Ştuçinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Səfirin sözlərinə görə, 9-11 fevral tarixlərini əhatə edən səfər proqramı çərçivəsində Marko Ştuçin Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayevlə görüşərək ikitərəfli siyasi məsləhətləşmələr aparacaq, iqtisadi əlaqələrin dərinləşdirilməsini və regional məsələləri müzakirə edəcəklər.
Oxşar xəbərlər
Prezident onları da "Tərəqqi" medalı ilə təltif edib
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilib. BAKU.WS xəbər verir ki, Prezident İlha...