Bakıda Azərbaycan - Böyük Britaniya Hökumətlərarası Komissiyasının iclası başa çatıb - FOTO - YENİLƏNİB

Bakıda Azərbaycan - Böyük Britaniya Hökumətlərarası Komissiyasının iclası başa çatıb - FOTO - YENİLƏNİB
Foto
Siyasət 4

Bakıda Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası başa çatıb.

İclasın sonunda protokol imzalanıb.

***10:38

Bakıda Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası işə başlayıb.

BAKU.WS Report-a istinadən xəbər verir ki, iclası energetika naziri Pərviz Şahbazov açıq elan edib.

Onun sözlərinə görə, bugünki müzakirələr iki ölkənin maraqları baxımından yeni imkanlar açacaq.

Nazir qeyd edib ki, 2022-ci ildə Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsinin dəyəri 2021-ci ilə nisbətən xeyli artaraq 1 milyard ABŞ dollarını keçib.

"Bu ilin 11 ayında isə iki ölkə 734 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb. Azərbaycan Böyük Britaniyaya əsasən xam neft və avadanlıq ixrac edir", - deyə o vurğulayıb.

"Ölkəmizdə bu gün 662 Britaniya şirkəti fəaliyyət göstərir. Onlar əsasən enerji, sənaye, nəqliyyat, inşaat, kənd təsərrüfatı və ticarət sahələrində fəaliyyət göstərir", - deyə nazir əlavə edib.

Son xəbərlər