Bakı və İrəvan sərhəddəki pozuntular barədə məlumat mübadiləsi ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Ermənistan sərhəddə atəşkəs rejiminin pozulması ilə bağlı məlumat mübadiləsi aparıblar.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyanın aparatı yerli "factor.am" portalının sorğusuna cavab olaraq bildirib.
"Ermənistan Respublikası Azərbaycana atəşkəs rejiminin pozulması ilə bağlı müvafiq məlumatları təqdim edib", – Paşinyanın aparatında qeyd ediblər və əlavə ediblər ki, Bakı da erməni tərəfinə pozuntularla bağlı məlumat verib.
"Ermənistan tərəfi bu məlumatları araşdırıb və nəticələr barədə müvafiq arayışı Azərbaycan tərəfinə təqdim edib", – aparat rəsmisi vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişib
Azərbaycanda ipoteka kreditlərindən mənzilə ehtiyacı olan daha çox vətəndaşın faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə h...