Bakı və Bratislava Slovakiya banklarının layihələrin maliyyələşdirilməsində iştirakını müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı və Bratislava Slovakiya banklarının Azərbaycanda layihələrin maliyyələşdirilməsində iştirakını müzakirə edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov "X" sosial şəbəkəsində məlumat yayıb.
"Azərbaycanın maliyyə nazirinin birinci müavini Anar Kərimovla görüşmək imkanını yüksək qiymətləndirirəm. Ölkədə qarşıdan gələn islahatlar barədə daha çox məlumat əldə etmək və Slovakiya banklarının Azərbaycanda layihələrin maliyyələşdirilməsini dəstəkləmək imkanlarını müzakirə etmək faydalı oldu. Gələcək məhsuldar əməkdaşlıq üçün faydalı fikir mübadiləsi aparılıb", - o yazıb.
Oxşar xəbərlər
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirak...