Bakı və Bişkək arasında Niyyət Protokolu imzalanıb
Azərbaycan və Qırğızıstan arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında memorandumun həyata keçirilməsinə dair Niyyət Protokolu imzalanıb.
Bu barədə Qırğızıstanın Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyi məlumat yayıb.
Protokolu Azərbaycanın təbii sərvətlər və ekologiya naziri Muxtar Babayev və Qırğızıstanın təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Meder Maşiyev Bakıda keçirilən Pre-COP29 tədbiri çərçivəsində imzalayıblar.
"Azərbaycan tərəfi Pre-COP29-da iştirakına görə Qırğızıstana minnətdarlığını bildirib və gələcək səmərəli əməkdaşlığa hazır olduğunu qeyd edib. Öz növbəsində, Qırğızıstan tərəfi görüşə görə M.Babayevə təşəkkür edib və ona COP29 kimi irimiqyaslı tədbirin keçirilməsində uğurlar arzulayıb", - məlumatda bildirilib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan XİN ABŞ-ni təbrik edib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ni Müstəqillik Günü və Birləşmiş Ştatların 250 illiyi münasibətilə təbrik edib. BAKU.WS xəbər verir ki, bununla ba...