Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb

Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
Foto
Siyasət 13

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), "TotalEnergies EP Absheron B.V.", "SOCAR Absheron", "ADNOC International Project Co 1 RSC Limited" və "BOTAŞ Boru Hatları İle Petrol Taşıma A.Ş." arasında Abşeron yatağından təbii qazın alqı-satqısına dair Saziş" imzalanıb.

BAKU.WS xəbər verir ki, bu, Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışlardan sonra baş verib.

"Sazişi SOCAR-ın prezidenti Rövşən Nəcəf, BOTAŞ-ın İdarə Heyətinin sədri və baş direktoru Abdulvahit Fidan, "TotalEnergies" şirkətinin Avropa regionunda kəşfiyyat və hasilat üzrə baş vitse-prezidenti Martina Opizzi və XRG-nin beynəlxalq qaz üzrə prezidenti Mohammed Al Aryani imzalayıblar", - məlumatda bildirilib.

Digər imzalanan sənədlər bunlardır:

"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Serbiyanın "Elektroprivreda Srbije" (EPS) dövlət enerji şirkəti arasında Serbiyada Niş qaz-turbinli elektrik stansiyası layihəsi üzrə Niyyət Protokolu"nu SOCAR-ın prezidenti Rövşən Nəcəf və EPS-in baş direktoru Duşan Jivkoviç imzalayıblar.

"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə "Shell Overseas Holdings Ltd" arasında Anlaşma Memorandumu"nu SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Shell" şirkətinin satınalmalar, aktivlərin satışı və yeni biznesin inkişafı üzrə icraçı vitse-prezidenti Valid Hadi imzalayıblar.

"SOCAR Trading Gas & Power" SARL ilə "Azienda Autonoma Di Stato Per I Servizi Pubblici" (AASS) arasında təbii qazın tədarükü və qəbulu ilə bağlı Baş Saziş"i "SOCAR Trading Gas & Power" SARL şirkəti adından SOCAR-ın prezidenti Rövşən Nəcəf və AASS-nin baş direktoru Marsello Forsellini imzalayıblar.

"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə "Comstock Resources, Inc". (COMSTOCK) arasında Anlaşma Memorandumu"nu SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Comstock Resources, Inc."in maliyyə və investorlarla əlaqələr üzrə vitse-prezidenti Ron Mills imzalayıblar.

"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə "J.P. Morgan Securities Plc" arasında Anlaşma Memorandumu"nu SOCAR-ın prezidenti Rövşən Nəcəf və "J.P. Morgan Securities Plc" adından qurumun Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika üzrə kreditlər və strukturlaşdırılmış kreditlər üzrə vitse-prezidenti Martinas Saltenis imzalayıblar.

"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə "Chevron Caspian Exploration B.V." arasında Birgə Tədqiqat Sazişi"ni SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Chevron Caspian Exploration B.V."in Avrasiya biznesi üzrə prezidenti Derek Magness imzalayıblar.

"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və "Apollo Capital Management L.P." arasında Anlaşma Memorandumu"nu və "Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), "SOCAR Türkiye Enerji A.Ş", "SOCAR CASPIAN HOLDING" LTD və "AP CASPIAN ISSUER" MMC arasında İnvestisiyaya Dəstək Sazişi"ni SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Apollo Capital Management, L.P."nin kredit və əsas strukturlaşdırılmış maliyyə üzrə baş meneceri Conatan Bar imzalayıblar.

"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Corc Vaşinqton Universiteti arasında Əməkdaşlıq üzrə Niyyət Məktubu"nu SOCAR-ın prezidenti Rövşən Nəcəf və Corc Vaşinqton Universitetinin qlobal təşəbbüslər üzrə dekan köməkçisi Sevinc Məmmədova imzalayıblar.

"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və "Haimaker.ai Inc." şirkəti arasında süni intellekt buludunun inkişafı üzrə Əməkdaşlıq Sazişi"ni SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Haimaker.ai Inc"in baş icraçı direktoru Su Le imzalayıblar.

"Kritik mineralların və nadir torpaqların mədəni və emalı sahəsində təchizatın təminatı üzrə Azərbaycan-Amerika Birləşmiş Ştatları Çərçivəsi"ni Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Amerika Birləşmiş Ştatları Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr imzalayıblar.

Son xəbərlər