"Bakı dünyanın aviasiya təhlükəsizliyi mərkəzinə çevrilib" - Politoloq

Bakı dünyanın aviasiya təhlükəsizliyi mərkəzinə çevrilib - Politoloq
Foto
Siyasət 208

İsrail və ABŞ-nin İrana zərbələri fonunda Azərbaycanın regionda əhəmiyyəti ön plana çıxıb.

Ölkəmiz son proseslərdən sonra Avrasiyanın vacib körpüsü rolunu oynayır. Regionda hərbi əməliyyatlar baş verən zaman gərginlik yaşanan ölkələr üzərindən keçməli olan təyyarə reysləri Azərbaycanın hava məkanına yönəldilir. Bu da onu deməyə əsas verir - Azərbaycan regionun təhlükəsizlik adasıdır.

Siyasi ekspertlər də hesab edirlər ki, son dövrdə dünyada baş verən proseslər fonunda Azərbaycanın stabilliyi, hava məkanının təhlükəsizliyi çox yaxşı təmin olunub.

Politoloq Əziz Əlibəyli BAKU.WS-ə açıqlamasında bildirdi ki, şimalda olduğu kimi Azərbaycandan cənubda da müharibə gedir.

Onun fikrincə, bu həm unikal faktdır, eyni zamanda kuryoz vəziyyətdir. İki istiqamətdə savaş gedən ölkənin arasında sabitlik rolu oynaması hər dövlətin qisməti olmur.

"Düzdür ilk baxışdan bunu qismət kimi ifadə edirik Lakin bunun arxasında strateji, xarici-siyasi məqsəd və qabiliyyət dayanır.

İndi dünyanın aviasiya təhlükəsizliyi sahəsində mərkəz olmaq Bakının nəsibinə düşdü. Bu həm də onu göstərir ki, savaşan tərəflər özünün bütün 4 cəhət üzrə zərbə endirir. Amma bu kordinatların ucunda Azərbaycan varsa, bu hücumdan vaz keçirlər. Bu bizim balanslı regional siyasətimizin göstəricisidir.

Bu ölkə prezidentinin uğurlu yanaşmalarının, o cümlədən bütün təhdidlərə rəğmən ölkəni bir savaş məkanına çevirməmə qabiliyyətinin ifadəsidir. Məncə Azərbaycanın ən böyük uğuru da ölkəni qorumaq, bu cür regional qlobal təhdidlərdən xilas edə bilmə gücünə söykənir", - deyə Əziz Əlibəyli bildirib.

Ekspert hesab edir ki, bu ölkənin xarici siyasətinin indikatorudur:

"Bakı səmalarında yüzlərlə, minlərlə təyyarə havalanıb. Müxtəlif istiqamətlərə təhlükəsiz şəkildə uçuşlar həyata keçirilir. Amma bizdən şimalda və cənubda bunlar mümkün deyil. Sadəcə buradan baxmaq kifayətdir".

Ziya SƏCCAD

Son xəbərlər