“Aztelekom”da FETÖ əməliyyatı keçirilib? - RƏSMİ CAVAB
Yeniliklərdən dərhal xəbərdar olun
Müxtəlif mətbuat orqanlarında "Aztelekom" telekommunikasiya şirkətində FETÖ əməliyyatı keçirildiyi və həbs olunanların olduğu deyilirdi.
Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq "Aztelekom" -dan bildirilib ki, müxtəlif kütləvi informasiya vasitələrində hüquq mühafizə orqanları tərəfindən “Aztelekom” MMC-də iki şəxsin həbs edilməsi barədə yayılan məlumatla bağlı bildirmək istəyirik ki, "Aztelekom" MMC-yə hüquq mühafizə orqanları tərəfindən mövzu ilə əlaqədar hər hansı sorgu, məlumat və s. daxil olmayıb.
"Bu kimi təsdiqini tapmayan məlumatların hansı səbəblərdən kütləvi informasiya vasitələrinə sızdırılması “Aztelekom” tərəfindən araşdırılır. Media nümayəndələrini rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq", - deyə qurumdan bildirilib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...