Azərbaycanda yeni televiziya açılır - MTRŞ qərar verdi

Azərbaycanda yeni televiziya açılır - MTRŞ qərar verdi
Siyasət 2410
Milli Televiziya və Radio Şurası Azərbaycanda xəbər sahəsi üzrə ixtisaslaşmış yeni televiziyanın açılması barədə qərar qəbul edib.Müvafiq qərar Şuranın bu gün, fevralın 28-də keçirdiyi iclasda qəbul edilib. İxtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində 11 mart 2019-cu il tarixdən 11 aprel 2019-cu il tarixədək müsabiqə elan edilib.İclasda, həmçinin, “MEDİAART” şirkətinin kabel şəbəkəsi yayımı üçün lisenziya alınmasına dair müraciətinə baxılıb və ona abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul olunub.BAKU.WS

Oxşar xəbərlər

Yeni televiziya kanalı sabahdan ümumrespublika yayımına çıxacaq

Yeni televiziya kanalı sabahdan ümumrespublika yayımına çıxacaq

“Azərbaycanda xəbər sahəsi üzrə ixtisaslaşmış yeni televiziya kanalı – ARB 24 noyabrın 27-də səhər saatlarından etibarən ümumrespublika yayımında olacaq”.BAKU.W...

2656 Sosial 21:35 26 noyabr 2018

Son xəbərlər