Azərbaycan ermənilərin PUA-larını məhv etmək üçün yeni silahlar aldı (FOTO)
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin "Harp Arge” şirkəti Azərbaycana pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə üçün nəzərdə tutulmuş "Drone Killer” silah sistemini satıb.
BAKU.WS-in Trend-ə istinadən verdiyi məlumata görə, bundan başqa, sistem elektromaqnit maneələrinin qoyulmasında da istifadə olunur.
Müvafiq razılaşma "Harp Arge” şirkətinin Azərbaycana ilk ixrac təcrübəsidir.
Bu sistemin Azərbaycanın güc strukturlarında uğurla sınaqdan keçirildiyi bildirilir.
PUA-ların neytrallaşdırılması üçün nəzərdə tutulan "Drone Killer” silahı 2,4 GHz və 5,8 GHz tezliyində yüksək sürətli elektromaqnit maneələrindən istifadə edir. Bununla da PUA ilə idarəetmə mərkəzi arasında əlaqə, həmçinin GPS sistemi pozulur.
Bu sistemdən Türkiyənin Silahlı Qüvvələrində, Milli Kəşfiyyat Xidmətində, eləcə də digər güc strukturlarında istifadə olunur.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanın İsraildən aldığı 5 milyardlıq silah
Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 mily...