“Azərişıq” ASC Şuşa məscidini elektrik enerjisi ilə təchiz edib - VİDEO

“Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təchizatı istiqamətində işləri davam etdirir.
BAKU.WS xəbər verir ki, Cəbrayıl rayonundan sonra Şuşada da səhmdar cəmiyyətinin hesabına işıq yanmağa başlayıb.
Bunu Şuşa məscidinin işıqlandırılması ilə bağlı yayılmış kadrlardan görmək mümkündür.
“Azərişıq”dan bildirilib ki, "Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərimizin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Yaxın günlərdə digər ərazilərimizdə də Azərbaycan işığı yanacaq.
Qarabağ Azərbaycandır!"
Oxşar xəbərlər
İşğaldan azad edilmiş şəhər və kəndlərimiz - SİYAHI
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində noyabrın 8-dək 5 şəhər, 3 qəsəbə və 215 kənd işğaldan azad edi...
