“Azərenerji” Suqovuşanda kiçik su elektrik stansiyalarının təmirinə başladı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərenerji” ASC işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan kəndində yerləşən, ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarında əsaslı təmir və bərpa işlərinə başlayıb.
Bu barədə BAKU.WS-ə qurumdan məlumat verilib.
Xatırladaq ki, erməni qəsbkarları Suqovuşandakı 4,8 və 3 meqavat gücündə olan stansiyaların yararlı ehtiyat hissələrini söküb daşıyıb, apara bilmədiklərini isə dağıdıblar.
Eyni zamanda, döyüşlər zamanı stansiyalara ciddi ziyan dəyib.
Ona görə də hazırda stansiyaların maşın zalları, aqreqatları, generatorları, o cümlədən idarəetmə mərkəzinin binası, panellər, avadanlıqlar, yarımstansiyanın gərginlik və cərəyan transformatorları təmir edilir və yaxud yenisi ilə əvəzlənir.
Aparılan işlərin yaxın aylarda başa çatdırılması planlaşdırılıb.
İşlər bitəndən sonra ilkin olaraq Suqovuşan qəsəbəsi, Talış kəndi də daxil olmaqla yaxın ərazilərə elektrik enerjisi veriləcək, daha sonra isə enerji paylayıcı elektrik şəbəkəsinin yeni çəkilən elektrik xətləri vasitəsilə digər istiqamətlərə də ötürüləcək.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...