Azərbaycanlı vəkil Londonun meri olmaq istəyir

22
sen
2020
10:30
Azərbaycanlı Kamran Balayev (Kam Balayev) London meri postuna namizəddir.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Böyük Britaniyada yaşayan və çalışan beynəlxalq səviyyəli vəkil K.Balayevin namizədliyi mərkəzçi “Renew” partiyasından irəli sürülüb.
Kamran Balayev Kembric Universitetinin və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) məzunudur. Eyni zamanda BMT-nin bəyannamələri çərçivəsində insan haqlarının qorunması məsələləri ilə məşğul olan “Sərhədsiz Hüquqşünaslar” təşkilatının qurucusudur.
Qeyd edək ki, Londonda mer seçkiləri 2021-ci ildə keçiriləcək.

Oxşar xəbərlər
Milli Məclisdə komitələrin üzvləri məlum oldu - SİYAHI
Milli Məclisin bu gün keçirilən iclasında komitələrə üzv olan deputatların adları məlum olub. BAKU.WS xəbər verir ki, yığıncaqda Milli Məclisin Hüquq siyasəti...