Azərbaycanlı təyyarə kapitanı: “Qarabağ səmasında sərbəst uçuşlar yerinə yetirməyə başlamışıq”
Yeniliklərdən dərhal xəbərdar olun
“Bir azərbaycanlı pilot kimi qürur və həyəcan hisi keçirirəm. Biz nəhayət, Qarabağ səmasında sərbəst uçuşlar yerinə yetirməyə başlamışıq və yerinə yetirəcəyik”.
BAKU.WS APA-ya istinadən xəbər erir ki,, bunu bu gün Füzuli Beynəlxalq Hava Limanına eniş icra edən Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” tipli hava gəmisinin kapitanı Rasim Əşrəfov bildirib.
Pilot deyib ki, Füzuli Beynəlxalq Hava Limanına uçuş sxemi çox əlverişli və rahatdır: “Uçuş zolağı belə böyük təyyarələri qəbul etmək baxımından pilot üçün çox rahatdır. Aeroportun avadanlığı beynəlxalq standartlara uyğundur. Güman edirəm ki, bu yaxınlarda Qarabağda daha bir aerodroma uçuşlara başlayacağıq. Mən çox fəxr edirəm ki, azərbaycanlıyam!”.
Oxşar xəbərlər
AZAL-ın təyyarəsi Qarabağın beynəlxalq hava limanında ilk eniş edib - FOTO
Bu gün Füzuli beynəlxalq hava limanında əlamətdar hadisə baş verib. BAKU.WS xəbər verir ki, hava limanının istismara verilməsindən əvvəl Bakıdan uçan "Azərbayca...