Azərbaycanlı komandan Rusiya Quru Qoşunlarınında vəzifəyə təyin edilib
Rusiya Qəhrəmanı general-polkovnik Rüstəm Muradov Quru Qoşunlarının Baş komandanının müavini vəzifəsinə təyin edilib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu barədə məlumatı RBC-yə Rusiya Müdafiə Nazirliyinə yaxın mənbə təsdiqləyib.
Qeyd edək ki, 2014-cü ildən Rusiya Quru Qoşunlarının Baş komandanı general Oleq Salyukovdur.
Müdafiə Nazirliyi hələ Rüstəm Muradovun təyinatını rəsmən açıqlamayıb.
Xatırladaq ki, Rüstəm Muradov əvvəllər Ukraynada hərbi əməliyyatlar zonasında "Şərq" Qoşun Qruplaşmasının komandiri olub. 2022-ci ilin oktyabr ayından Şərq Hərbi Dairəsinin birgə strateji komandanlığına rəhbərlik edir.
Rüstəm Muradov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin ilk komandanı olub.
Oxşar xəbərlər
Sülh müqaviləsi, türk dünyasının prioritetləri və Qarabağın dirçəlişi: Türk deputatdan VACİB AÇIQLAMALAR
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Şamil Ayrım təmsil etdiyi qurumun prioritetlər...