Azərbaycanlı hakim növbəti dəfə komitə prezidenti seçildi
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə başçısının apardığı güclü kadr siyasəti nəticəsində Fransda baş verən hadisələr və Avropa Şurasının Azərbaycana olan münasibətlərinin fonunda bu gün ölkəmizin məşhur hakimi Ramin Qurbanov 8 dekabr 2020-ci ildə yenidən Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komitəsinin prezidenti seçilib.
BAKU.WS xəbər verir ki, R.Qurbanov 2005-ci ildən Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komitəsində (CEPEJ) Azərbaycan Respublikasının nümayəndəsidir. Həmin komitə Avropa Şurasının ədalət mühakiməsi, məhkəmə sistemi, prokurorluq, vəkillik və ədliyyə sistemi sahəsində ixtisaslaşan məşvərətçi və qiymətləndirmə qurumudur.
O, hal-hazırda Bakı Apelyasiya Məhkəməsinin hakimi, “Elektron məhkəmə” sistemi üzrə İşçi Qrupunun rəhbəridir.
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...