Azərbaycanlı deputat İrəvanda ermənilərə dərs verdi: Qarabağda dağıdılan evindən danışdı

Azərbaycanlı deputat İrəvanda ermənilərə dərs verdi: Qarabağda dağıdılan evindən danışdı
Siyasət 369

İrəvanda keçirilən Avronest Parlament Assambleyasının komitə iclaslarında iştirak edən azərbaycanlı deputat Tahir Mirkişili erməni deputatlara Qarabağda törədilmiş vəhşiliklərin miqyası barədə dərs verib.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, o, Qarabağda ermənilər tərəfindən dağıdılmış evini xatırladaraq bildirib:

“Ötən il evimi ziyarət etdim. Əgər siz orada nə baş verdiyini, evimin hansı vəziyyətdə olduğunu görsəydiniz, hər şeyin necə kədərli olduğunu anlayardınız. Bura Qafqazın Xirosimasıdır. Sizin əsgərlərinizin mənim vətənimdə nələr törətdiyini görərdiniz”.

Son xəbərlər