Azərbaycanla Özbəkistan arasında bir çox istiqamətlər üzrə ikitərəfli əməkdaşlıq üçün ciddi baza yaradılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Özbəkistan arasında bir çox istiqamətlər üzrə ikitərəfli əməkdaşlıq üçün ciddi baza yaradılıb.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev avqustun 22-də özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə keçirdiyi geniş tərkibdə görüşdə deyib.
"Bu, həm Sizinlə təmaslarımız, həm Azərbaycanda, həm də Özbəkistanda və başqa yerlərdə mütəmadi görüşlər, həmçinin dövlət strukturlarının nümayəndələri arasında sıx qarşılıqlı fəaliyyətdir. Onlar da fəal işləyirlər və düşünürəm ki, prezidentlərdən yaxşı nümunə götürürlər. Həmçinin bilirlər ki, Sizinlə danışdığımız kimi, biz bütün qərarların yerinə yetirilməsinin gedişinə nəzarət edəcəyik və bunu da uğurla edirik", - dövlət başçısı qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan və Özbəkistan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB-2
Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşü keçirilib....