Azərbaycanla Dominikan arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 20-də Azərbaycanın Dominikan Respublikasındakı səfiri Ruslan Rzayev etimadnaməsini Dominikan Respublikasının Prezidenti Luis Abinaderə təqdim edib.
Bu barədə Azərbaycanın Dominikandakı səfirliyi məlumat yayıb.
Dominikan Respublikasının Prezidenti ilə söhbət zamanı səfir R.Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Dominikan Respublikasının Prezidenti Luis Abinaderə çatdırıb.
Dövlət başçısının salamlarına görə minnətdarlığını bildirən Dominikan Respublikasının Prezidenti, öz növbəsində, onun da salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.
Görüş əsnasında iki ölkə arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişafı üçün geniş imkanların mövcud olduğu vurğulanıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd edilib, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...