Azərbaycanın xristian icma nümayəndələri Hadruta gəliblər - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkənin xristian dini icmaları nümayəndələri Xocavənd rayonunun işğaldan azad olunmuş Hadrut qəsəbəsinə gəliblər.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu səfər Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən qarşıdan gələn Pasxa bayramı münasibətilə təşkil olunub.
Xristian icmaların nümayəndələri Hadrutda bir sıra dini məbədləri ziyarət edəcək, şəhidlərimizin rəhməti üçün dua oxuyacaq, ayinlər icra edəcəklər.
Səfərdə "Həyat Sözü", Azərbaycan Bibliya Cəmiyyəti, "Alov", "Vineyard", "Həyatverici lütf", "Şərqdə ulduz", "Yeni həyat", Alman Udi Kilsəsi, Xilaskar Yevangelist Lüteranların Bakı dini icması, Bakı şəhəri Nərimanov rayonu "Yeddinci Günün Adventistləri", Bakı şəhəri "Yevangelist Xristian Baptistlər Kilsəsi", Bakı şəhəri Yevangelist Məsihi Baptistləri "Aqape" dini icmaları, həmçinin Azərbaycan Respublikasında Katolik Kilsəsi Həvari Prefekturası, Rus Pravoslav (Ortodoks) Kilsəsi Bakı və Azərbaycan Yeparxiyası dini qurumlarının üzvləri iştirak edirlər.
Qalereya
Oxşar xəbərlər
Alban-Udi xristian dini icması Tuğda qədim alban məbədini ziyarət etdi - FOTO
Qafqazdakı Alban Həvarilər Müstəqil Kilsəsinin varisi olan Alban-Udi xristian dini icması işğaldan azad edilən Xocavənd rayonunun Tuğ kəndinə səfər edib. BAKU.W...