Azərbaycanın xaricdəki ticarət nümayəndəliklərində bayraq, gerb və lövhə yerləşdiriləcək
Azərbaycanın xarici ticarət nümayəndəsi və onun aparatı səfirlik və ya konsulluqdan kənarda yerləşdikdə onun binasında və ya ərazisində bayraq, gerb və lövhə yerləşdiriləcək.
BAKU.WS xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı "Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndəsi və onun aparatı haqqında Əsasnamə"də dəyişiklikləri imzalayıb.
Qərara əsasən, Azərbaycanın xarici ticarət nümayəndəsi və onun aparatı səfirlik və ya konsulluqdan kənarda yerləşdikdə onun binasında və ya ərazisində ölkənin və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrə və normativ hüquqi aktlara uyğun olaraq Azərbaycanın Dövlət Bayrağı qaldırılır.
Eyni zamanda, Azərbaycan Dövlət Gerbinin qabarıq təsviri, ana dilində və təyin olunduğu dövlətin dövlət dilində (dillərində) "Azərbaycanın (Azərbaycan Respublikasının səfirliyi və ya konsulluğunun olduğu ölkə üzrə təyin olunduğu səfirliyin və ya konsulluğun adı, səfirlik və ya konsulluğun olmadığı ölkə üzrə isə müvafiq ölkənin adı) ticarət nümayəndəsi" yazısı olan lövhə vurulur.
Oxşar xəbərlər
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilir
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib BAKU.WS xəbər verir ki, oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində...