Azərbaycanın vəzifədə olan general-polkovnikləri - SİYAHI
24
noy
2021
09:54
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
General-polkovnik Azərbaycanın güc strukturlarında ən yüksək rütbə sayılır.
BAKU.WS xəbər verir ki, bu rütbəni ölkənin müdafiə, fövqəladə hallar, daxili işlər nazirləri, o cümlədən baş prokuror, xidmət rəisləri və başqaları daşıyır.
General-polkovnik rütbəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla təyin olunur.
Hazırda vəzifə başında olan general-polkovnik rütbəsini daşıyan şəxslərin siyahısı belədir:
- Zakir Həsənov - Müdafiə naziri
- Vilayət Eyvazov - Daxili işlər naziri
- Əli Nağıyev – Dövlət Təhlükəsizlik Xidmətinin rəisi
- Bəylər Əyyubov - Xüsusi Dövlət Mühafizəsi Xidməti rəisinin 1-ci müavini və Prezidentin Şəxsi Mühafizə İdarəsinin rəisi
- Ramil Usubov - Prezident yanında Təhlükəsizlik Şurasının katibi
- Kərim Vəliyev – Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini
- Kərəm Mustafayev – Əlahiddə Ümumqoşun Ordu komandanı
- Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi
- Kəmaləddin Heydərov - Fövqəladə Hallar naziri
- Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri
- Mədət Quliyev - Müdafiə sənayesi naziri
- Orxan Sultanov – Xarici Kəşfiyyat Xidmətinin rəisi
- Məhərrəm Əliyev – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri
- Arzu Rəhimov – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi
- Səfər Mehdiyev - Dövlət Gömrük Komitəsinin sədri
Azərbaycanda müxtəlif illərdə vəzifədən kənarlaşdırılan general-polkovniklər isə bunlardır:
- Səfər Əbiyev - Eks-müdafiə naziri
- Nəcməddin Sadıqov – Müdafiə nazirinin sabiq 1-ci müavini, Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi
- Eldar Mahmudov - sabiq milli təhlükəsizlik naziri
- Vaqif Axundov – Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi
- Zakir Qaralov - Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri
- Aydın Əliyev - Dövlət Gömrük Komitəsinin keçmiş sədri
- Fazil Məmmədov - I dərəcəli dövlət vergi xidməti müşaviri
- Namiq Abbasov - Sabiq milli təhlükəsizlik naziri (1995-2004)
- Tofiq Ağahüseynov - Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı)
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...