Azərbaycanın tanınmış hakimi Hakimlər İttifaqının İdarə heyətinə üzv seçildi
Yeniliklərdən dərhal xəbərdar olun
Dünən, oktyabr ayının 7-də Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının, Ümumi Məhkəmə Hakimləri və İxtisaslaşdırılmış Məhkəmə Hakimləri İctimai birliklərinin ümumi yığıncaqları keçirilib.
Mövcud ictimai birliklərin yenidən təşkili qaydasında Azərbaycan Respublikasının Hakimlər İttifaqının təsis edilməsi barədə qərar qəbul olunub, yeni qurumun nizamnaməsi qəbul edilərək, idarəetmə orqanları formalaşdırılıb.
Açıq səsvermə yolu ilə keçirilmiş seçkilər əsasında Ramin Qaraqurbanlı Azərbaycan Respublikasının Hakimlər İttifaqının İdarə Heyətinə üzvə seçilib.
Qeyd edək ki, bu qurumlar Respublikada fəaliyyət göstərən hakimləri, habelə hakim vəzifəsindən təqaüdə çıxmış şəxsləri birləşdirir.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...