Azərbaycanın Şuşa ilə bağlı müraciəti BMT-nin rəsmi sənədi kimi dərc olundu
20
may
2020
14:52
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin qurumun baş katibi Antonio Quterreşə Şuşanın işğalının 28-ci ildönümü ilə bağlı ünvanladığı müraciət BMT-nin rəsmi sənədi kimi yayılıb.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan XİN-in Mətbuat Xidməti rəisi Leyla Abdullayeva öz “Twitter” səhifəsində yazıb.
Onun sözlərinə görə, müraciətdə Ermənistan silahlı qüvvələrinin 1992-ci il mayın 8-də Azərbaycanın Şuşa şəhərini işğal etdiyi diqqətə çatdırılıb. Həmin müraciət BMT Baş Assambleyasının sənədi kimi dərc edilib.
Oxşar xəbərlər
Leyla Abdullayeva: "Ermənistanda islamafobiya və ksenofobiya pik səviyyədədir"
"Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Milli Məclisindəki çıxışından sonra Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) 4 gün vaxt lazım oldu ki, bu...