Azərbaycanın Portuqaliyada Səfirliyinin təsis edilməsi növbədənkənar iclasa tövsiyə olunub
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Azərbaycanın Portuqaliyada Səfirliyinin təsis edilməsini parlamentin növbədənkənar iclasına tövsiyə edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı komitənin iclası keçirilib.
Komitədə diqqətə çatdırılıb ki, "Azərbaycan Respublikasının Portuqaliya Respublikasında Səfirliyin təsis edilməsi haqqında" qanun layihəsinə əsasən inzibati bina Lissabon şəhərində olacaq.
Layihə komitə iclasında qəbul edilərək növbədənkənar iclasa tövsiyə edilib.
Qeyd edək ki, Portuqaliya Prezidenti Antoniu Joze Sequru iyunun 5-də azərbaycanlı həmkarı İlham Əliyevə ünvanlandığı təbrik məktubunda Bakıda və Azərbaycanın Lissabonda səfirliyinin açılmasını iki tərəfli əlaqələrin inkişafına töhfə verəcəyini vurğulamışdı.
Oxşar xəbərlər
General-mayor Namiq Bayramov: Hərbi Hava Qüvvələri gündən-günə güclənir
Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) gündən-günə güclənir. BAKU.WS Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bunu general-mayor Namiq Bayramov HHQ-nin Təli...