Azərbaycanın Milli Qəhrəmanları - Kimlər həyatdadır? + SİYAHI

Azərbaycanın Milli Qəhrəmanları - Kimlər həyatdadır? + SİYAHI
Siyasət 301

Azərbaycanda Milli Qəhrəmanların sayı ümumilikdə 221-dir. Bu yüksək fəxri ada layiq görülmüş şəxslər Vətən uğrunda göstərdikləri böyük igidlik və qəhrəmanlığa görə təltif olunublar.

BAKU.WS-in məlumatına görə, indiyədək Azərbaycanın Milli Qəhrəmanı fəxri adı ilə təltif olunan şəxslərdən 2-sindən bu ad geri alınıb.

Milli Qəhrəmanlardan 205-ü şəhid olub, yəni vətən uğrunda canlarını fəda ediblər. Onlar Azərbaycan tarixində əbədi olaraq qalan qəhrəmanlıq simvoludur və onların xatirəsi daim anılır.

Sonuncu dəfə Prezident İlham Əliyev Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. (ölümündən sonra).

Hazırda Azərbaycanın Milli Qəhrəmanından yalnız 14 nəfəri sağdır:

1. Bəxtiyar Allahverdiyev

2. İntiqam Atakişiyev

3. İbad Hüseynov

4. Vahid Quliyev

5. Şahin Tağıyev

6. Fəxrəddin Cəbrayılov

7. Ehtiram Əliyev

8. Fariz Qəhrəmanov

9. Mədət Quliyev

10. Mirzə Quliyev

11. Zabit Quliyev

12. Fariz Mədətov

13. Mövsüm Məmmədov

14. Sahil Məmmədov

Son xəbərlər