Azərbaycanın gələn il üçün xarici siyasət istiqamətləri açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
2021-ci ildə Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının dövlət mənafeyi və milli maraqlarının beynəlxalq aləmdə layiqincə təmin edilməsi məqsədilə apardığı çevik və praqmatik xarici siyasət fəaliyyətini davam etdirəcəkdir.
Xarici İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, əsas səylər ikitərəfli və çoxtərəfli münasibətlərdə maraqlarımıza cavab verən qarışlıqlı hörmət və bərabərhüquqluluq prinsipləri əsasında əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına dost ölkələrin və tərəfdaş beynəlxalq təşkilatların cəlb edilməsi, bölgədə yeni əməkdaşlıq və inkişaf təşəbbüslərinin təşviq edilməsi, habelə enerji və nəqliyyat sahələrində irimiqyaslı regional infrastruktur layihələrin uğurla həyata keçirilməsinin təmin edilməsi ilə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin gücləndirilməsi və nüfuzunun daha da artırılmasına yönələcəkdir.
Xarici siyasət fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı “bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı hörmət və etimad əsasında münasibətlərin qurulması əsas prinsiplərimizdən biridir” fikri əsasında həyata keçiriləcəkdir.
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...