Azərbaycanın ABŞ-dakı səfirliyində seçki məntəqəsi yaradılması üçün intensiv işlər görülür
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində iştirakı üçün hazırlıqlar davam edir.
BAKU.WS Report-a istinadən xəbər verir ki, xarici ölkələrdə yaşayan soydaşlarımızın seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycanın həmin ölkələrdəki diplomatik nümayəndəliklərində, səfirlik və konsulluqların inzibati binalarında seçki məntəqələrinin yaradılması üçün intensiv işlər görülür.
Azərbaycanın Vaşinqtondakı səfirliyi ABŞ ərazisində daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşını tamamlamış Azərbaycan vətəndaşlarına müraciət edərək onların seçici siyahısına əlavə olunmaları məqsədi ilə özləri haqqında məlumatlar təqdim etmələrini xahiş edib.
Paytaxtla yanaşı, Nyu-York və ətraf bölgələrdə yaşayan həmvətənlərimizin də Azərbaycanın Vaşinqtondakı səfirliyində qurulacaq seçki məntəqəsində səs verəcəyi güman edilir:
“Bu səpkidə işlər davam edir. Los-Ancelesdə fəaliyyət göstərən konsulluq da yaxın günlərdə həmin bölgədə qurulacaq səsvermə mərkəzinin fəaliyyəti ilə bağlı ictimaiyyətə məlumat verəcək”.
Qeyd edək ki, bu ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
Oxşar xəbərlər
Növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planı təsdiqlənib - SİYAHI
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı təsd...