Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı ixrac olunacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 17 çən vaqondan ibarət, çəkisi 989 ton olan dizel yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.
İndiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın "Aİ-92" və "Aİ-95" benzini ixrac olunub.
Rusiyadan Ermənistana isə indiyədək Azərbaycandan tranzit keçməklə 55 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 414 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 334 ton taxta göndərilib.
Oxşar xəbərlər
"Bu dairədən getməlisən": Xoşqədəm Hidayətqızı Ramiz Mehdiyevlə bağlı illər sonra danışdı
Tanınmış jurnalist və televiziya aparıcısı Xoşqədəm Hidayətqızı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə uzun illər davam etdiyini iddia etd...