Azərbaycanda yeni idman kanalına lisenziya verilib
Azərbaycanda yeni idman kanalına lisenziya verilib.
Bu barədə Audiovizual Şurasının iclasında qərar qəbul edilib.
Bildirilib ki, ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan edilmiş müsabiqəyə sənəd təqdim etmiş “Sağlam Media” MMC-nin və “Orion Sky” MMC-nin iddiaçı kimi müsabiqəyə buraxılması və iddiaçıların müsabiqə şərtlərinə uyğunluğu və yayım imkanları barədə rəy verilməsi üçün müvafiq komissiyanın yaradılması haqqında qərar qəbul edilmib.
Qəbul olunmuş müvafiq qərarlara əsasən “AZ-EVRO TEL” MMC-yə (operator xidmət adı: “Azeurotel”) sadə platforma operatoru, “SPORT TV.AZ” MMC-yə peyk yayımı həyata keçirməyən platforma yayımçısı (idman janrlı, televiziya redaksiya adı: “Sport TV”) lisenziyaları verilib.
Oxşar xəbərlər
Yer təkinin istifadəyə verilməsi üzrə hərracların keçirilməsi qaydaları dəyişib
“Yerin təkindən istifadənin dövlət tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 975 nömrəli Fərmanında dəyişiklik e...