Azərbaycanda qiymətli kağızların dövlət reyestri aparılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda qiymətli kağızların dövlət reyestri aparılacaq.
Report-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin Mülki Məcəlləyə dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.
Dəyişikliklə qiymətli kağızların yeni dairəsi müəyyənləşib, qiymətli kağızların dövlət reyestrinin aparılması və sənədli qiymətli kağızın itirilməsi ilə bağlı hüquqi prosedurlar tənzimlənəcək.
Eyni zamanda dəyişikliklərlə “səhm sahibləri” ifadəsi “səhm mülkiyyətçiləri”, “reyestrsaxlayıcı” ifadəsini “mərkəzi depozitar”, “mənzil” ifadəsi “daşınmaz əmlak”, “məhkəmə icraçıları” ifadəsi “icra məmurları” ilə əvəzlənib.
Oxşar xəbərlər
Milli Məclisin yeni tərkibi - SİYAHI
Konstitusiya Məhkəməsi Plenumu 9 fevralda keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticəsini təsdiqlədikdən sonra VI çağırış Milli Məclisin yeni tərkibi...