Azərbaycanda ötən il təbii inhisar subyektlərinə dair 1 400-ə yaxın müraciətə baxılıb

2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti təbii inhisar subyektlərinin göstərdiyi xidmətlərlə bağlı 1 392 müraciətə baxıb.
Bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, bunlardan 409 müraciət təmin edilib, 659 halda vətəndaşlara izahat və tövsiyə verilib, 52 müraciət aidiyyəti orqana göndərilib, 134 halda rəy və təklif verilib, 3 halda aidiyyəti üzrə müraciət etmələri tövsiyə olunub, 2 halda sənədlər təqdim edilmədiyi üçün müraciətlərin baxılması dayandırılıb, 132 müraciət üzrə isə araşdırmalar davam edir.
Dövlət nəzarəti çərçivəsində istehlakçılara qaytarılması, bərpa edilməsi və əsassız hesablandığı üçün silinməsi təmin edilmiş vəsaitin ümumi məbləği 3,1 milyon manat təşkil edib.
"Alliance Logistics" və "Caspian Rail" MMC-lərin, "Azərbaycan Dəmir Yolları" QSC-nin konteyner daşımaları sahəsində haqsız rəqabət və ayrı-seçkiliyə yol verdiyi, əməkdaşlıqdan əsassız imtina etdiyi müəyyən edilib.
Araşdırmalar nəticəsində "Azərbaycan Dəmir Yolları" barəsində antiinhisar qanunvericiliyinin pozulması faktları təsdiqlənib. "Antiinhisar fəaliyyəti haqqında" qanunun 6-cı maddəsinin 4-cü və 11-ci bəndlərinin tələblərinin pozulduğu müəyyən edilib.
Bunun əsasında "Azərbaycan Dəmir Yolları"na, qanun pozuntularını aradan qaldırmaq, qeyri-qanuni fəaliyyət nəticəsində əldə edilmiş 246,2 min manat gəliri dövlət büdcəsinə ödəmək, fəaliyyətini antiinhisar qanunvericiliyinin tələblərinə uyğunlaşdırmaq barədə göstəriş verilib.
Təbii inhisar subyektlərinin istehlakçıların hüquqlarına və rəqabət mühitinə mənfi təsir edən fəaliyyətləri araşdırılıb və tədbirlər görülüb.
Oxşar xəbərlər
İsrailin sabiq prezidenti: Dini inancından asılı olmayaraq hamı eyni müalicə üsulundan faydalanmalıdır
Xristianlar, müsəlmanlar, yəhudilər və digərləri eyni müalicə üsulundan faydalanmalıdır. "Report" xəbər verir ki, bunu İsrailin sabiq prezidenti Daliya Itzik XI...
