Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilib.
BAKU.WS Report-a istinadla xəbər verir ki, bu, Prezident İlham Əliyevin noyabrın 18-də Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalaması ilə mümkün olub.
Dəyişikliklə müəyyən edilmiş qaydada telefonla danışmaq və ya videogörüş keçirmək məhkumun seçimi əsasında həyata keçirilir. Videogörüşün keçirilməsi digər məhkumlardan təcrid olunmuş şəraitdə xüsusi otaqda təşkil olunacaq.
Bundan əlavə, məhkumlar epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə görüşlərə məhdudiyyət qoyulduğu hallarda öz xahişləri ilə qısamüddətli görüşləri telefon danışıqları və videogörüşlərlə əvəz edə bilərlər.
Oxşar xəbərlər
Milli Məclisin növbəti plenar iclası başlayıb - 50 məsələ müzakirə olunacaq - SİYAHI
Milli Məclisin payız sessiyası üçün növbəti plenar iclası başlayıb. BAKU.WS report-a istinadən xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın...