Azərbaycanda keçiriləcək növbəti Beynəlxalq Müdafiə Sərgisinin tarixi məlum olub
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda keçiriləcək növbəti Beynəlxalq Müdafiə Sərgisinin (ADEX) tarixi məlum olub.
BAKU.WS “report”a istinadən xəbər verir ki, sayca 5-ci müasir silah və texnika sərgisi 2024-cü il sentyabrın 24-26-da Bakı Ekspo Mərkəzində baş tutacaq.
Sərgidə 20-dən çox ölkənin silah və texnikalarının nümayişi nəzərdə tutulub.
Qeyd edək ki, ötən il keçirilən 4-cü beynəlxalq sərgidə Türkiyə, Rusiya, Belarus, Hindistan, Almaniya, İspaniya, Bolqarıstan, İsrail, İsveç, Belçika, Pakistan, Fransa, Qazaxıstan, İran, Ukrayna, Finlandiya, İordaniya, Kipr, Çin, ABŞ, İtaliya, Sinqapur şirkətləri iştirak edib.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...