Azərbaycanda işləyən Türkiyə vətəndaşlarının sayı açıqlanıb

Azərbaycanda işləyən Türkiyə vətəndaşlarının sayı açıqlanıb
Siyasət 148

"Bu gün üçün Azərbaycanda ən çox Türkiyə şirkətlərinin əməkdaşları çalışır".

BAKU.WS xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Bilginin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

Nazirin sözlərinə görə, ölkədə 4 mindən çox Türkiyə vətəndaşı işləyir: "Xarici investisiyalar da ən çox qardaş ölkəyə aiddir. Hər iki ölkə vətəndaşlarının istər Azərbaycanda, istərsə də Türkiyədə işləməsi baxımdan daim dəstək göstərilir".

S.Babayev bildirib ki, Azərbaycanda sosial sahədə aparılan islahatlarda hər zaman Türkiyə təcrübəsi daim diqqətdə saxlanılır: "Bugünkü görüş iki ölkə arasındakı əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcək".

Oxşar xəbərlər

Prezident bu şəxsləri əfv etdi  - SƏRƏNCAM

Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...

9860 Siyasət 16:02 18 mart 2021

Son xəbərlər