Azərbaycanda Fond direktoru cərimələndi

Azərbaycanda Fond direktoru cərimələndi
Siyasət 389

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Vüqar Abdullayev cərimələnib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Binəqədi rayon məhkəməsi qərar çıxarıb.

V.Abdullayev İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə) maddəsi ilə ittiham edilərək iki min manat cərimələnib.

Lakin V.Abdullayev bu qərarla razılaşmayıb və apellyasiya şikayəti verib. Hazırda onun işinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyi ilə baxılır. Fevralın 4-də keçirilən baxış iclası fevralın 7-nə təxirə salınıb.

Oxşar xəbərlər

İşdən çıxarılan generala yenidən vəzifə verildi

İşdən çıxarılan generala yenidən vəzifə verildi

Vergilər nazirinin sabiq müşaviri, vergi generalı Habil Məmmədov yeni vəzifəyə təyinat alıb.BAKU.WS Unikal.org-a istinadən xəbər verir ki, H.Məmmədov Himayəçili...

3064 Siyasət 15:53 11 fevral 2019

Son xəbərlər