Azərbaycanda "Barselona" klubunun akademiyası yaradılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda İspaniyanın "Barselona" klubunun futbol akademiyası yaradılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Barselona" klubunun prezidenti Xuan Laportanı qəbul edərkən bildirilib.
Görüşdə Azərbaycanda "Barselona" futbol akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirilib, akademiyanın gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda uşaq futbolunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Görüşdə iş adamı Adnan Əhmədzadə və AFFA-nın prezidenti Rövşən Nəcəf iştirak ediblər.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...