Azərbaycan XİN-in prezident seçkiləri ilə bağlı hansı beynəlxalq təşkilatlara sorğu göndərdiyi məlum olub - SİYAHI
Azərbaycan Xarici İşlər Nazirliyinin prezident seçkiləri ilə bağlı hansı beynəlxalq təşkilatlara sorğu göndərdiyi məlum olub.
BAKU.WS xəbər verir ki, Bu barədə report-a sorğusuna cavab olaraq XİN-dən bildirilib.
Qeyd edilib ki, beynəlxalq təşkilatlara dəvət məqsədilə Xarici İşlər Nazirliyi tərəfindən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM), Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatının Gənclər Təşkilatına müvafiq notalar göndərilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...