Azərbaycan XİN başçısı səfirin öldürülməsi ilə bağlı İtaliyaya başsağlığı verib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Konqoda İtaliya səfirinin öldürülməsi ilə əlaqədar başsağlığı verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Ceyhun Bayramov bildirib.
“BMT konvoyuna edilən qorxunc hücum nəticəsində İtaliyanın Konqo Demokratik Respublikasındakı səfiri Luca Attanasionun və bir əsgərin öldürülməsi məni dərindən kədərləndirdi. Qurbanların ailələrinə və dost İtaliya xalqına dərin hüznlə başsağlığı veririk”, - deyə Azərbaycan XİN başçısı qeyd edib.
Qeyd edək ki, İtaliyanın Konqo Demokratik Respublikasındakı səfirinin olduğu konvoya hücum olub. Hücum nəticəsində bir neçə nəfər həlak olub, onlardan biri İtaliyanın bu ölkədəki səfiri Luka Attanasiodur. Hücumun əsas məqsədi avtomobildəki şəxsləri girov götürmək olub.
Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...