Azərbaycan XİN: Tərəfləri danışıqlar masasına qayıtmağa çağırırıq
Regionda və qlobal səviyyədə təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradan hərbi eskalasiya dərin narahatlıq doğurur.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) regional hərbi eskalasiyaya dair bəyanatda qeyd olunub.
Bildirilib ki, XİN qəti şəkildə bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə, gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və danışıqlar masasına qayıtmağa çağırır.
"Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsiplərinə uyğun olaraq bütün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət edilməsinin vacibliyini vurğulayırıq", - bəyanatda vurğulanıb.
Qeyd edək ki, Azərbaycanın XİN İranda təhlükəsizlik vəziyyətinin gərginləşdiyini nəzərə alaraq vətəndaşları İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan vətəndaşlara isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırıb.
Xatırladaq ki, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. Donald Tramp iranlı hərbçilərə silahı yerə qoymağı və ya ölməyi təklif edib. İsrail və ABŞ tərəfinin səhər saatlarında endirdiyi zərbələr zamanı İranın Minab şəhərində bir məktəb hücuma məruz qalıb. Respublikanın Səhiyyə Nazirliyinin məlumatına görə, hücum nəticəsində 85 nəfər həlak olub.
Daha əvvəl bildirilib ki, BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb. Görüşün Bakı vaxtı ilə saat 01:00-da başlanması gözlənilir.
Oxşar xəbərlər
"Bakı dünyanın aviasiya təhlükəsizliyi mərkəzinə çevrilib" - Politoloq
İsrail və ABŞ-nin İrana zərbələri fonunda Azərbaycanın regionda əhəmiyyəti ön plana çıxıb. Ölkəmiz son proseslərdən sonra Avrasiyanın vacib körpüsü rolunu oynay...