Azərbaycan XİN-də yeni idarə yaradılıb
30
iyn
2025
11:56
Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) struktur dəyişikliyi olub, yeni idarə yaradılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, nazirliyin nəzdində İqlim diplomatiyası idarəsi təsis olunub.
Məlumata görə, idarəyə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev rəhbərlik edəcək.
Qeyd edək ki, bununla da Yalçın Rəfiyevin rəhbərliyində beş idarə - Beynəlxalq təhlükəsizlik idarəsi, İqtisadi əməkdaşlıq idarəsi, Yaxın Şərq və Afrika idarəsi, Azərbaycan Respublikasının beynəlxalq inkişafa yardım idarəsi fəaliyyət göstərəcək.
Oxşar xəbərlər
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıx...