Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub - YENİLƏNİB
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qambiya Respublikasına işgüzar səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə olunub, Şuşa Bəyannaməsinin əməkdaşlığımızın hərtərəfli inkişafı üçün yol xəritəsi rolunu oynadığı vurğulanıb.
Əlaqələrimizin davamlı, sabit və uzunmüddətli inkişafının təmin edilməsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr, İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya kimi çərçivə mexanizmlərinin əhəmiyyətli rol oynadığına dair həmfikirlik ifadə olunub.
***18:01
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qambiyada keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammiti çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Nazirlərin görüş zamanı hansı məsələləri müzakirə etdikləri hələ açıqlanmayıb.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...