Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışdı

Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışdı
Siyasət 43

Xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

BAKU.WS Xarici İşlər Nazirliyinin mətbuat idarəsinin yaydığı məlumata istinadən xəbər verir ki, nazirlər ikitərəfli gündəliyin aktual məsələləri, habelə çoxtərəfli çərçivələrdə əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin cari regional vəziyyəti müzakirə ediblər, bölgədə sülhün təmin edilməsi üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Son xəbərlər