Azərbaycan və Türkiyə prezidentləri Ermənistanla münasibətləri və Ukrayna məsələsini müzakirə ediblər

Azərbaycan və Türkiyə prezidentləri Ermənistanla münasibətləri və Ukrayna məsələsini müzakirə ediblər
Siyasət 161

Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

BAKU.WS Report-a istinadən xəbər verir ki, məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb.

İki ölkə liderləri regional məsələləri, o cümlədən Ermənistanla münasibətləri müzakirə ediblər.

Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan eyni zamanda Rusiya-Ukrayna gərginliyi barədə fikir mübadiləsi aparıblar.

İki ölkə liderləri regional məsələlərdə koordinasiyalı hərəkət etmək barədə razılığa gəliblər.

Son xəbərlər