Azərbaycan və Türkiyə gəncləri Qarabağ zəfərini birlikdə qeyd ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə və Azərbaycan gəncləri Qarabağın işğaldan azad edilməsinin 5-ci ildönümünü birlikdə qeyd ediblər.
BAKU.WS bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.
İki ölkə gəncləri Türkiyə Gənclik Fondunun (TÜGVA) İstanbulda təşkil etdiyi tədbirdə bir araya gəliblər.
Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev telekanala açıqlamasında bildirib ki, tədbir 44 gün davam edən müharibə ilə 30 illik həsrətə son qoymağı simvolizə edir:
"Biz təkcə torpaqlarımızı işğaldan qurtarmadıq, həm də bu torpaqları Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun və şəhidlərimizin qanı hesabına azadlığa qovuşdurduq".
Daha ətraflı videomaterialda:
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...